Qarabağ qazisi: “Həkimlərin dediyinə görə, ayağa qalxacam...”

Qarabağ qazisi: “Həkimlərin dediyinə görə, ayağa qalxacam...” backend

Qarabağ qazisi, daha çox Tutu ləqəbi ilə tanınan Rüxsarə Cumayeva bu günlərdə ayağından yenidən əməliyyat olunub. Uğurlu əməliyyat Türkiyənin İstanbul şəhərindəki Maltəpə xəstəxanasında baş tutub. Dünən vətənə dönən qazimiz vəziyyətinin yaxşı olduğunu bildirib:

“Şükürlər olsun ki, əməliyyat uğurlu keçdi. Hazırda yeriyə bilməsəm də həkimlərin dediyinə görə, tez bir zamanda ayağa qalxacam”.

Rüxsarə Cumayeva əməliyyat üçün ona kömək edən hər bir kəsə öz minnətdarlığını bildirib:
“Əməliyyatım üçün mənə dəstək olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Xeyirxah insanların sayəsində çoxdan gözlədiyim əməliyyatım baş tutdu.

Xəstəxanada olarkən xeyli sayda Azərbaycandan və Türkiyədən olan soydaşlarımız mənim ziyarətimə gəldi. Onlar arasında Milliyətçi Hərəkat Partiyasının nümayəndəsi Ömər Lefzan, Türkiyə Cumhuriyyəti Təhsil Nazirliyinin işçisi Hikmət Elp, elmi işçi Cumhur bəy, hüquqşünas və jurnalist Kəmalə Ordubadlı da var idi. Onların hər birinə Allahdan uzun ömür, can sağlığı diləyirəm. Nə yaxşı ki, dəyərli insanlar, şəxsiyyətlər hələ də var...”

Qarabağ qazisi onu da qeyd etdi ki, yığılan bütün pullar əməliyyata xərcləndiyindən hazırda maddi imkanı çox pis vəziyyətdədir:

“Çox sevinirəm ki, axır ki, bu əmliyyat baş tutdu. Həyatda yeganə varlığım qızımdır, mən onun üçün yaşamalıyam... Bütün yığılan pullar əməliyyata xərcləndiyindən maddi imkanımız çox pis vəziyyətə düşüb. Çörək almağa belə pulumuz yoxdur...”

Xatırladaq ki, Qarabağ qazisi Rüxasrə Cumayeva ayağında yaranmış problemə görə
bundan öncə də dəfələrlə əməliyyat olunmuşdu.
Qarabağ qazisinin 14 yaşlı qızı var.

musavat.com
Diaspora