Sabah küçəyə çıxmaq istəyən Bakı sakinlərinə XƏBƏRDARLIQ

Sabah küçəyə çıxmaq istəyən Bakı sakinlərinə XƏBƏRDARLIQ backend

Mayın 2-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə “Report” paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.