Şəhərin mərkəzində təmirsiz obyekt şok qiymətə satışa çıxarılıb.
Axar.az xəbər verir ki, tikili Səbail rayonu İstiqlaliyyət prospektində İqtisad Universitetinin qarşısında yerləşir.2400 kvadrat metr sahəsi olan 7 mərtəbəli, 16 maşın saxlamaq üçün avtoparkı olan obyekt ofis, bank, otel, klinika, market üçün uyğun hesab edilir.
Təmirsiz obyekt 14 milyon manata təklif edilir.