“Google” korporasiyası “Youtube” video hostinqi platformasında yeni “YouTube Gaming” oyun xidmətini istifadəyə verib. İKT.lent.az-ın “Runews24.ru” saytına istinadən xəbərinə görə, tərtibatçılar bildirib ki, bu xidmət oyunçular üçün video hostinqin veb saytı və digər əlavələr vasitəsilə əlçatan olacaq.
Mütəxəssislərin fikrincə, “Google” rəhbərliyi “YouTube Gaming”i istifadəyə verməklə “Twitch” oyun striminqinə rəqib yaratmağı planlaşdırır. “Twitch” xidməti ötən ilin avqust ayında 970 milyon dollara “Amazon” internet mağazası tərəfindən satın alınıb.“YouTube Gaming”də oyun yaradıcılarının kanallarının yaradılması planlaşdırılır. Bu kanallarda müxtəlif strimlərə dəqiq təqvimlərlə abunə olmaq da mümkün olacaq.