Karantin dövrü yaradıcılığı: Qarabağ veteranı rəssamın koronavirusla bağlı 2 əsəri...

Karantin dövrü yaradıcılığı: Qarabağ veteranı rəssamın koronavirusla bağlı 2 əsəri... backend

Koronavirus pandemeyası ilə bağlı tətbiq olunan karantin rejimi dövründə yaradıcı insanlar üçün bir növ boş vaxt qazancı yaranıb.

Əfqanstan və Qarabağ müharibəsi veteranı, rəssam Tərlan Eyvazov da bu dövrdə iki rəsm əsərini ərsəyə gətirib. Maraqlı olduğu üçün oxucularla bölüşmək istədik. Tərlan Eyvazov əsərləri ilə bağlı Qaziler.az-a bunları bildirdi:

Pandemiya ilə bağlı mövzu işləmək qərarına gəldim. Burda xeyir də, şər də, planetimiz də, milli təsviri sənət incimiz, butamiz da yer alib. Hər bir incəsənət nümunəsi insanlara zövq, gözəllik bəxs etməklə yanaşı, ən əsas olan inam aşılamalıdır.

Dünyamızda məlum səbəbdən bas verən bütün olayları incələyib, müqayisə etsək, tam əminliklə deyə bilərik ki, xalqımız bu sınaqdan üzüaģ çıxıb. Inanın ki, bu gəlisigözəl sözlər deyil, tam əminliyimdi. Qoca Avropadan Amerikayadək, baş verənlər kimə isə xirda hadisə kimi görunsə də, mənim üçün böyuk əhəmiyyət kəsb edir. Uzun əsrlərdən bəri qanunlarla yasamaģa adət etmis Qərb, qəfil virus olayından ilk andaca şaşırdı. Supermarketlərə axın, tualet kaģızı, ərazilərindən keçib digər qonsu dövlət ücün daşınan tibbi ləvazimatın, adi maskaların yaģmalanması və s. Şərq isə əsrlərə söykənən, amma bu gün də yaddan çıxarılmayan, unudulmayan, əməl edilən adət-ənənələri ilə insanlıq simasını qoruya bildi.

"SINAQ" kətan, yaqli boya. 40-50 sm.

Nazim Hikmət demişkən: "Mən qərb mədəniyyəti önündə bas əyirəm, amma fəxr edirəm ki, şərqin oģluyam".

Xatırladım ki, Türkiyədə şərq doģu, qərb isə batı adlandırılır..."

T.Eyvazov ikinci əl işini "Zaman" adlandırıb: "Karantin rejiminin uzadıldığı vaxtda düşündüm ki, bunu daha geniş mövzuda işləyim. Bu da həmçinin koronavirus pandemiyası ilə bağlı olan rəsmdir. Orada günəş də, yer kürəsi də, kainat da var. Hər iki rəsm əsəri diqqəti bu ümumbəşəri mövzuya yönəltmək, insanlarda ümid hissi yaratmaq məqsədi daşıyır. Ümumiyyətlə isə düşünürəm ki, təsviri sənət ümumilikdə insanlara xoş duyğular aşılamalıdır. Mən bildiyimi, gördüyümü, bacardığımı etmişəm. İnsanlar da özləri baxıb qiymətləndirə bilərlər".