Azərbaycanda bəzi ev heyvanlarının sayında artım, bəzilərininkində azalma baş verib. Bunu heyvanların 2019-cu ildəki baş sayını 2018-ci ildəki sayla müqayisə edərək söyləmək olur.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il azalma iribuynuzlu mal-qaranın, qoyun və keçilərin, atların və eşşəklərin sayında baş verib.Belə ki, atların sayı 68500 başdan 65200 başa, eşşəklərin sayı 30900 başdan 28000 başa enib.
Azərbaycanda qoyun və keçilərin də sayı azalıb – 8.454.300 başdan 8.304.100 başa...
İribuynuzlu mal-qara (inək və camışlar) sayında azalma belə olub – 2.673.000 başdan 2.658.800 başa...
Ölkədə fəaliyyət göstərən təsərrüfatlardakı donuzların sayında isə artım qeydə alınıb. Belə ki, donuzlar 4900 başdan 5500 başadək artıb.
Dəvə və qatırların sayı isə sabit qalıb – müvafiq olaraq 200 və 100 baş.