Ölkəmizin ali məktəb və kolleclərinin 17859 tələbəsi “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan Birinci Avropa Oyunlarının açılış mərasiminə qatılmış 5612 nəfər könüllü bağlanış mərasimində də iştirak edəcək. 12247 nəfər əməliyyat könüllüsü isə Avropa Oyunları ilə bağlı digər tədbirlərə dəstək verir.
Bu ilin martından könüllülük hərəkatında SABAH-ın könüllüləri də yaxından iştirak edir.
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə interaktiv üslubda “SABAHFest” adlı festival keçirilib.