Kafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.
BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir. Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.