Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı - Yeni iş yeri açıqlandı

Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı - Yeni iş yeri açıqlandı backend

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

Qazilər.az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.