Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb backend

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Qazilər.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: "Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,81%, Abşeronda 5,69%, Nizami və Suraxanıda 5,11%, Xəzərdə 4,53%, Sumqayıtda 3,72%, Qaradağda 3,02%, Səbaildə 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb".