Dünəndən İnform.az xəbər saytı fəaliyyətə başlayıb. Peşəkar jurnalistlərin və nüfuzlu yazarların imzasıyla fəaliyyətə başlayan saytın baş redaktoru tanınmış yazar, ədəbiyyatçı-alim Xalidə Xaliddir.
Xalidə Xalid bildirib ki, inform.az Azərbaycanda yaradılmış geniş media məkanında sıradan bir sayt olaraq fəaliyyətə başlayır: “Lakin, İnform.az-ın peşəkar kollektivi xəbəri oxucunu yormayan fərqli formatda hazırlayıb təqdim edir. Siz bizdən xəbəri qısa və anlayışlı formada ala biləcəksiniz”.Baş redaktor onu da bildirib ki, inform.az-ın təqdimatının “15 İyun - Qurtuluş Günü”-nə salınması təsadüfi deyil. Bu tarixin Azərbaycanın inkişafının başlanğıcı olması səbəbindən, uğurlu bir tarix kimi inform.az-ı bu gün oxuculara təqdim etməklə saytımıza ölkəmizin yüksəlişi kimi bir yüksəliş arzulayır, Azərbaycan xalqını İnform.az ailəsi olaraq “Qurtuluş Günü” münasibətilə təbrik edirik”.
Qaziler.az saytı inform.az saytının fəaliyyətə başlaması münasibəti ilə Xalidə xanımı və kollektivi təbrik edir, həmkarlarımıza uğurlar diləyir.