Vəcihə Səmədova adına sərgi salonunda “Balaca böyüklərin dünyası” adlı foto-sərgi keçirilib.QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, sərgi İrina Abdullahın ilk sərgisi olub.
Rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov sərgi haqqında öz sözlərini deyib. “İrina Abdullah çox müşahidəçi, düşünən insandır. Əsərlərində ən gözəl məqamları tutub. Peşəkarlığı ondadır ki, həmin məqamları, cizgiləri tuta bilib. Bu sərginin əhəmiyyəti çox böyükdür”.
Növbəti çixışçı Arif Hüseynov da İrina Abullahı təbrik edib. “İyun ayında bayram bayrama qarışıb. Bu gün də. Bu sərginin özəlliklərindən biri ondadır ki, şəkillərin altında məşhurların uşaqlar haqqında dedikləri sözlər var. Bu uşaqların sülh içində böyüməsinə çalışmalıyıq ”.
Sərginin ev sahibi İrina Abdullah göstərilən marağa, sərgiyə laqeyd qalmadıqlarına görə, təşəkkür edib. İ.Abdullah ailə dəyərlərinin uşaqların tərbiyəsində önəmli olduğunu qeyd bildirib. “Şəkillər vasitəsilə valideynlərin yadına salmaq istəyirəm ki, uşaqların tərbiyəsinə, ailənin yaradılmasına bütün məsuliyyətimizlə yanaşmasaq, nəticədə biz keyfiyyətli cəmiyyət əldə edə bilmərik.”
Sərgidə diqqət şəkillərdən biri İrina Abdullahın həyat yoldaşı Amir Abdullahın oğlu ilə olan fotosudur. “Ailə çox önəmlidir. İranın ailəyə verdiyi dəyəri, uşaqlarla olan ünsiyyətini çox yüksək dəyərləndirirəm. Hər bir sənətin gözəlliyi var və İrinanın bu qabiliyyətinə həmişə dəstək olacam. Onun bu üsulla uşaqlara olan sevgini, ailə dəyərlərini göstərməsi çox vacib və gözəldir ”.
Sərgi İrina Abudllahın üç il ərzində çəkdiyi şəkillərdən ibarətdir. Sərgidə 64 foto nümayiş olunub.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.