Azərbaycanda 2014-cü ildə qeydiyyata alınan narkomanların sayı 28376 nəfər olub.
QAZİLƏR saytı APA-ya istinadla xəbər verir ki, Məlumat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabatında əksini tapıb.Qeydiyyata alınan narkomanların 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil edib. Hesabatda qeyd edilib ki, narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. 2014-cü ildə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınıb.