Bakı 2015 I Avropa Oyunları təşkilatçılıq səviyyəsinə görə bütün yarışları üstələyir. Bu barədə Trend-ə azərbaycanlı taekvondoçu Patimat Abakarova deyib.
O bildirib ki, I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunub: “I Avropa Oyunlarının təşkili gördüyüm ən yaxşı təşkilat işidir”.
P.Abakarova yarışlarda qızıl medal qazanacağına ümid etdiyini qeyd edib: “Bu gün görüşdüyüm rəqibim daha əvvəl mənə qalib gəlmişdi. Demək olar ki, revanş aldım. Və təbii ki, qələbəmə çox şadam”.