Xalq artisti Mənsum İbrahimov tələbəsi, əməkdar artist Təyyar Bayramovla cəbhə bölgəsinə səfər edib.
Bu barədə Kult.az-a Mənsum İbrahimov özü məlumat verib.O bildirib ki, özü 100, tələbəsi T.Bayramov isə 50 ailəyə sovqat aparıb:
“Hazırkı karantin müddətində həssas əhalinin yanında olmaqla bağlı Prezidentimizin humanist çağırışına qoşulduq və tələbəmlə birlikdə cəbhə bölgəsində olduq. Ağdamın düşmənlə üzbəüz kəndlərində əhali ilə görüşdük, onlar üçün çaldıq-oxuduq, mənəvi dəstək olduq və yardımlarını da bir-bir, ehtiyacı olanlara payladıq”.
M.İbrahimov imkanı çatan hər bir şəxsi bu aksiyaya qoşulmağa çağırıb.