2015-ci ilin yanvar ayı ərzində 1 056 733 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
QAZİLƏR saytı APA-ya istinadən xəbər verir ki, 81 PHS, 8 ədəd tank əleyhinə mina və 24 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bunu ANAMA-nın mətbuat xidmətindən APA-ya deyiblər.Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 121 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 279 354 449 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689 704-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin yanvar ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.