Prezident bu qurumun nizamnaməsini dəyişib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) nizamnaməsinə dəyişiklik edilərək onun Müşahidə Şurasının üzvlərinin sayı 4-dən 6-ya çatdırılıb."Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, dövlət başçısı ASK-nın yaradılması haqqında 6 noyabr 2017-cil tarixli və nizamnaməsinin təsdiq edilməsi haqqında 4 dekabr 2017-ci il tarixli fərmanlarına dəyişiklik edib.