Sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq, hələ də səhər və axşam saatlarında istər avtobuslarda, istərsə də dayanacaqlarda sıxlıq müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xeyli paylaşımlar edilsə də, sərnişinlər sosial məsafənin qorunmasına əməl etmir.Sözügedən fotolardan biri bu gün səhər saatlarında Bakının “Şamaxinka” adlandırılan ərazisində çəkilib. Marşrut avtobusu gözləyən sərnişinlərin sıxlıq yaratmaqla yanaşı maska və əlcəkdən istifadə etməmələri müşahidə olunub.