Bu gün daha 4 qadın güləşçimiz mübarizə aparacaq

Bu gün daha  4 qadın güləşçimiz mübarizə aparacaq backend

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin yarışında daha 4 idmançımız mübarizə aparacaq.

QAZILER.AZ saytının Trend-ə istinadən xəbərinə görə, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.

Qeyd edək ki, qadın güləşçilərimiz yarışlkarda artıq 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) bürünc medalının sahibi olublar. Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.
Diaspora