Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM) ekipajları döyüş bacarıqlarını təkmilləşdirir.
Qazilər.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş hazırlığının artırılması, PDM-lərin çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.