Sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin gecə saatlarında arxa kapotunun üstündə oturaraq pivə içən, şəkil çəkdirən və yayan gənc müzakirə mövzusu olub.
Qazilər.az avtosfer.az-a istinadən xəbər verir ki, bəziləri hətta onun yol polisi olduğunu iddia ediblər.Həmin gəncin 99 SE 620 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü olduğu bildirilir.
Fotolarda əks olunan şəxsin kim olduğu və fotonun nə vaxt çəkildiyi polis tərəfindən araşdırılır. Bu barədə hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib.
Fotoları təqdim edirik.