Təsadüf ya öncəgörmə?

Təsadüf ya öncəgörmə? backend

ABŞ-da illər əvvəl koronovirus barəsində yazılmışdı...

Amerikalı yazıçı Silvia Brouni hələ 2008-ci ildə yazdığı “Günlərin sonu: Dünyanın sonu ilə əlaqədar proqnozlar və öncəgörmələr” kitabında dünyanın hər yerində yayılacaq şiddətli sətəlcam kimi bir xəstəliyi proqnozlaşdırırdı. O, kitabında yazır ki, xəstəlik 2020-ci ildə dünyanı bürüyəcək və sətəlcəmə qarşı vaksin olmayacaq. Eyni zamanda qeyd edir ki, virus birdən yarandığı kimi birdən də tezliklə yoxa çıxacaqdır.

Digər amerikalı yazıçı Din Kontz isə 1981-ci ildə yazdığı “Qaranlığın gözləri” kitabında yaranacaq xəstəliyi Vuhan-400 bioloji silah adlandırır. Müəllif qeyd edir ki, xəstəlik suni surətdə Çinin Vuhan şəhərində laboratoriya yaradılıb və Çinin ən güclü bioloji silahıdır.

Digər maraqlı məlumat isə ABŞ-ın “Mərkəzi Kəşviyyat İdarəsinin (CİA) raportu və dünya 2020-ci ildə necə olacaq?” adlı kitabdır. Müəllif Alexandr Adler qeyd edir ki, tənəffüs yolları ilə yayılan yeni xəstəlik bütün dünyaya yayıla biləcək. Bu xəstəlik mövcud olan bir neçə xəstəlikdən törəmə olaraq tez yoluxan, adekvat müalicəsi olmayan bir formada yaranacaqdır. Kitabda deyilir ki, belə bir epidemiya yayılsa, dövlətlər arasında daxili konflikt və gərginliklər yarana bilər. Sərhədləri virusdan qoruya bilməyən ölkələr, əsasən təbii resurslara yiyələnmək üçün münaqişələrə başlaya bilərlər. Müəllif qeyd edir ki, bu xəstəlik yaranacağı təqdirdə, insanların daha sıx olduğu yerlərdə yayılacaqdır. Buna misal olaraq, insan və heyvanlar arasında sıx yaxınlığı olan Çin və digər Şərqi Asiya ölkələri göstərilir.

Bu yazılanlar göstərir ki, belə bir pandemiyanın yaranması gözlənilirdi, amma bununla belə dünya xəstəliyə qarşı hazırlıqsız vəziyyətdə qaldı. 

Tural Əliyev