Bakı sakinlərinə xəbərdarlıq

Bakı sakinlərinə xəbərdarlıq backend

Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək.

Qazilər.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.