Millət vəkili Qənirə Paşayeva Orta Asiyadakı Türk dövlətlərinin KİV və yazarlarına Azərbaycanın Türk dövlət və toplumlarının Xocalı Soyqırımının tanımalarını gözlədiyini deyib. QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, millət vəkili Qənirə Paşayeva Orta Asiyadakı Türk dövlətləri, Rusiyada yaşayan bir sıra Türk xalqlarının Muxtar Respublikaları, KKTC KİV və yazarları ilə görüş zamanı Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, Qarabağ problemindən, Xocalı Soyqırımından danışıb
. O. Bildirib ki, hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Qarabağ probleminin həlli, Xocalı Soyqırımının dünyaya daha geniş duyurulması, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.Millət vəkili daha sonra Orta Asiyadakı Türk dövlətləri, Rusiyada yaşayan bir sıra Türk xalqlarının Muxtar Respublikaları və KKTC-nin KİV və yazarlarına Azərbaycanın Türk dövlət və toplumlarının Xocalı Soyqırımının tanımalarını gözlədiyini deyib.
Q.Paşayeva Azərbaycanda keçirilən tarixi bir hadisə ilk Avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və yarışların davam etdiyi günlərdə Türk dövlət və toplumlarından bu tarixi hadisəni izləməyə daha çox qardaş-bacılarımızı və dostlarımızı gözləyirik deyib. Sonda millət vəkili 1-ci Avropa Oyunları, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Azərbaycanın türk dövlət və toplumları ilə əməkdaşlıq istiqamətləri, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin bu istiqamətdə fəaliyyəti ilə bağlı sualları da cavablandırıb və geniş fikir mübadiləsi aparılıb.