"Vəsiyyətini çoxdan eləmişdi" - Rafiq Əliyevin həyat yoldaşı

"Vəsiyyətini çoxdan eləmişdi" - Rafiq Əliyevin həyat yoldaşı backend

Xalq artisti Rafiq Əliyev gecə saatlarında dünyasını dəyişdi.

Qazilər.az bildirir ki, Xalq artistinin həyat yoldaşı, aktrisa Şəfəq Əliyeva Teleqraf.com açıqlamasında mərhumun xərçəng xəstəliyindən dünyasını dəyişdiyini deyib:

"Gecə saatlarında dünyasını dəyişdi. Vəsiyyətinə əsasən, Maştağada anasıının yanında dəfn ediləcək. İki dəfə Heydər Əliyev Fonunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Türkiyədə qara ciyərindən əməliyyat olub. Neçə gün idi ki, bir az vəziyyəti ağırlaşmışdı. Heç nə demədi, vəsiyyətini çoxdan eləmişdi. Anası dəfn edilən zaman yer götürmüşdü ki, onun yanında dəfn edilsin".