Almaniyalı idmançı: “Özümü xoşbəxt hiss edirəm“

Almaniyalı idmançı: “Özümü xoşbəxt hiss edirəm“ backend

“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında qızıl medal qazanan Almaniya idmançıları yarışların əhəmiyyəti haqda fikirlərini bölüşüblər.


QAZİLER.AZ məlumat verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, çempion Sebastian Brendel Avropanın idman tarixində böyük əhəmiyyətə malik olan bu yarışda mübarizə aparmağı səbirsizliklə gözlədiyini deyib.

“Belə bir mötəbər idman tədbirində iştirak etməkdən məmnunam. Bu, mənim üçün həqiqətən də yeni bir təcrübə oldu. Bizim komandamız çox güclüdür. Yarışa yaxşı hazırlaşmışdıq. Biz finala çıxmaq üçün böyük səy göstərdik və qalib gəldik”.

Almaniyalı idmançı hazırda Avropa və dünyanın gözünün Mingəçevirdə olduğunu bildirib. “Hər kəs qısa vaxt ərzində birinci Avropa Oyunlarına hazırlaşan Mingəçevirin gözəlliyini, burada mötəbər yarışların keçirilməsi üçün yaradılan yüksək şəraiti, müasir infrastrukturu görə bilir”.

Birinci Avropa Oyunlarının qızıl medalçısı Max Şoff isə bu mötəbər yarışların dünya üçün maraqlı idman hadisəsi olduğunu bildirib. “Çox şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda Almaniya idmançıları da iştirak edir. Burada hər şey çox mükəmməldir. Rəqiblərim çox güclü idi. Şadam ki, çətinliklə də olsa, bu mühüm yarışda qalib gəldim. Sizin azarkeşlərdən dəstək gördüyüm üçün özümü xoşbəxt hiss edirəm. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm”.

İlk Avropa Oyunlarının avarçəkmə yarışlarında birinci yeri tutan Belarus atletləri Aleksandr Baqdanoviç və Andrey Baqdanoviç isə mübarizəni sona kimi davam etdirə bildiklərini qeyd ediblər. “Rəqiblərimiz dünyanın ən güclü atletləri idi. Bu yarış bizim üçün çox önəmli idi. Güclülərlə mübarizə aparmaq çətin olsa da, təcrübə baxımdan vacibdir. Biz iki qardaş bu yarışlara ciddi hazırlaşmışdıq. Nəhayət burada gücümüzü göstərə bildik. Son 100 metrdə var gücümüzlə çalışaraq qalib gəldik. Bu möhtəşəm yarışlarda qızıl medal qazanmaq qürurvericidir”.
Diaspora