Külək daş hasarı qaz xəttinin üzərinə aşırıb

Külək daş hasarı qaz xəttinin üzərinə aşırıb backend

Bu gün gecə saatlarında Bakının Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

Bu barədə QAZİLER.AZ-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.
Diaspora