“Bravo”dan 2400 tənha yaşlıya və əlil şəxsə ərzaq yardımı edildi

“Bravo”dan 2400  tənha yaşlıya və əlil şəxsə ərzaq yardımı edildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə sosial dəstək tədbirlərinə fəal şəkildə qoşulanlardan biri də “Bravo” supermarketlər şəbəkəsidir.

Qaziler.az bildirir ki, bu gün “Bravo” tərəfindən 15-dək rayon və şəhər üzrə 240 tənha yaşlıya və əlil şəxsə ərzaq yardımı edilib. Ərzaq yardımları həmin rayon və şəhərlərdə (Tovuz, Bərdə, İsmayıllı, Naftalan, Qusar, Şəmkir, Ucar, Tərtər, Yevlax, Neftçala, Biləsuvar və s.) sosial xidmətçilər və Yeni Azərbaycan Partiyasının könüllüləri ilə birgə vətəndaşlara təqdim edilib.
Yaşlı nəsilə diqqət və qayğının əməli ifadəsi olan bu kimi xeyirxah tədbirlər həssas qrupların rifahına, eyni zamanda hazırkı xüsusi karantin rejimi dönəmində #evdəqal çağırışına mühüm bir dəstəkdir.
Ərzaq yardımlarının “Bravo” tərəfindən qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulur.
Diaspora