Rusiya Federasiyasını prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfəri çərçivəsində iyunun 13-də Bakıda Atletlər kəndində olub. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, V. Putin burada I Avropa Oyunlarında iştirak edən Rusiya yığma komandasının üzvləri ilə söhbət edib, onlara uğurlar arzulayıb.
Öz növbəsində, rusiyalı idmançılar ölkə başçısına I Avropa Oyunlarının xatirə medalını və komandanın formasını təqdim ediblər.Putin “Atletlər kəndi“ndə rusiyalı idmançılarla görüşüb

