Azərbaycan millisi daha bir medal qazandı

Azərbaycan millisi daha bir medal qazandı backend

Bu gün Bakı-2015 I Avropa Oyunlarında triatlon üzrə yarışlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bilgəh Çimərliyində kişi idmançılar mübarizə aparıblar. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. Böyük Britaniya təmsilçisi Qordon Benson finişə 1 saat 48 dəqiqə 31 saniyəyə çataraq, qızıl medala sahib çıxıb.



Çempiondan 11 saniyə geri qalan portuqaliyalı Joao Silva gümüş mükafata yiyələnib. Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışı 3-cü pillədə bitirib.

Bürünc mükafat qazanan idmançımız məsafəni 1 saat 49 dəqiqə 4 saniyəyə qət edib. Digər triatlonçumuz Aleksandr Yatçenko finişə çatmayıb.

Qeyd edək ki, Pevtsovun qazandığı medal millimizin Avropa Oyunlarında 8-ci mükafatıdı. Bunadək komandamızın üzvləri bunadək 3 qızıl, 1 gümüş və 3 bürünc qazanmışdı.
Diaspora