Karateçilərimiz günü iki qızıl medalla başa vurdu. +84 kq çəki dərəcəsindəki karateçimiz Ayxan Mamayev qızıl medal qazanıb . QAZİLER.AZ-ın məlumatına görə, o, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michail üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib. Qeyd edək ki, Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb. Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb. *** Qadın karateçimiz İrina Zaretska qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə İrina Zaretska finalda avstiryalı Teresa Alisa Bukingerlə qarşılaşıb. Hesab 8-1 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.
Qeyd edək ki, 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.
İrina yarımfinal qarşılaşmasında Monteneqro idmançısı Marina Morkoviçlə üz-üzə gəlib. Hesab 1-0 hesabı ilə həmvətənlimizin xeyrinə olub.
Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışlarında gücünü yoxlayacaq.