Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq backend

Sabah Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Qazilər.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Bildirilib ki, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədar olaraq Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində 14.04.2020-ci il tarixində saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.