Bakı-2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında 50 kiloqram çəki dərəcəsində kumite texnikası üzrə karate yarışlarında türkiyəli karateçi Serab Özçelik qızıl medal qazanıb.
Trend-in məlumatına əsasən, finalda S.Özçelik Avstriyadan olan rəqibi Bettina Planka qalib gəlib.Bürünc medalın sahibi Ukrayna idmançısı Katerina Krivanı məğlub edən Fransa nümayəndəsi Aleksandra Reççiadır.