Şimal bölgəsində temperatur -7 dərəcəyə enib

Şimal bölgəsində temperatur -7 dərəcəyə enib backend

Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub.

Xınalıqda qarın hündürlüyü 8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub.

Temperatur isə mənfi 7 dərəcəyədək enib.