Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.
Qrız və Xınalıq kəndlərində qarın hündürlüyü 1-2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.