Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə keçib. QAZİLER.AZ -ın Trend-ə istinadən məlumatına görə, Fərzəliyev yarımfinal mərhələsində Moldova idmançısı Emil Pavlovu tatamidən kənara çıxarmaqla finala vəsiqə qazanıb.
Digər azərbaycanlı karateçi İlahə Qasımova isə Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə adlaya bilməyib.Yarımfinal mərhəsində İ.Qasımova Fransa idmançısı Emili Toya məğlub olub.
XXX
75 kq çərçivəsində Rəfael Ağayev Almaniyadan olan idmançını minimal hesabla 1:0 udmaqla finala vəsiqə qazanıb.
XXX
Azərbaycanlı karateçi İlahə Qasımova isə Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində bürünc medalını qazandı. O 4:2 hesabı ilə ispan idmançısını udub.
XXX
60 kq çəkidə Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsində İtaliyadan olan idmançı Luka Mareska ilə qarşılaşıb. İdmançımız 4:0 hesabı ilə qalib gəldi. Bununla da Azərbaycan yarışın ikinci günündə ilk qızıl medalını qazandı.
XXX
67 kq çəkidə digər karateçimiz Niyazi Əliyev Almaniyadan olan Rikardo Qiqqler ilə bürünc medal uğrunda mübarizə aparıb. İdmançımız 3:1 hesabı ilə qalib gəlib.
XXX
75 kq çərçivəsində Rəfael Ağayev İtaliyadan olan idmançı üzərində 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bununla da bu gün karateçilərimiz Avropa Oyunlarında iki qızıl və iki bürünc medal qazanıblar.