Firdovsi Fərzəliyev Azərbaycana ilk qızıl medalı qazandırdı

Firdovsi Fərzəliyev Azərbaycana ilk qızıl medalı qazandırdı backend

Azərbaycan prezidenti İlham Əliyev final yarışını canlı izləyib 60 kq çəki dərəcəsində karate komandamızın üzvü Firdovsi Fərzəliyev qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, final qarşılaşmasında italiyalı Luca Mareska mübarizə aparıb. Qarşılaşma 4-0 hesabı ilə həmyerlimiz xeyrinə olub.



O, ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib. F. Fərzəliyevin növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz 4:2 hesabı ilə bu dəfə də inamlı təsir bağışlayıb. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeşlə döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev final yarışını canlı izləyib.

Diaspora