İsrail səfiri: “Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi”

İsrail səfiri: “Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi” backend

Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib



Diplomat bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində nümayiş olunan möhtəşəm şou onu heyrətləndirib: “Bakıda I Avropa Oyunları çox mühüm idman tədbiridir. İsrail oyunlarda böyük idman heyəti ilə təmsil olunur. Ölkənin iki böyük telekanalı bu yarışları canlı yayımlayır. Azərbaycana gələcək uğurlar arzulayırıq”.
Diaspora