Birinci Avropa Oyunlarında stolüstü tennis yarışlarında ilkin nəticələr məlum olub.
Trend-in məlumatına görə, qadınlar arasında komanda yarışlarının birinci dövrəsində Almaniya komandası Macarıstan komandasına 3-0 hesabı ilə qalib gəlib. Portuqaliya ilə Rusiya komandaları arasında gedən mübarizə isə 3-1 hesabı ilə Rusiya komandasının xeyrinə başa çatıb.
Fransa ilə Azərbaycan komandaları arasında baş tutan mübarizədə 3-0 hesabı ilə fransızların xeyrinə başa çatıb.