Elman Rüstəmov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilib.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
Elman Rüstəmov göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Son 17 ildə ölkəmizdə aparılan nəhəng quruculuq işlərində iştirak etməyimdən şərəf duyuram. Mənə etimad göstərdiyinizə görə hər birinizə təşəkkür edirəm”.