Əməkdar artist Ədalət Şükürov İnstaqramda rejissor Nail Naiboğlunun canlı yayımında qonaq olub.
Teleqraf.com xəbər verir ki, müğənni yardım istəyərək onu aldadan insanlardan şikayət edib: "İnstaqramda, feysbukda sosial şəbəkə dilənçiləri çoxalıb. Direktə yazırlar ki, xahiş edirik, bizə kömək edin. Səhərdən-axşama qədər kimsə nəsə istəyir. Biri yalandan yazır, birinin doğrudan da imkanı yoxdur.Bir-ikisinə kömək elədik və gördük ki, yalan çıxdı. Tövbəliyik və heç vaxt heç kimə kömək etməməyə qərar verdik. Bizi gərək başa düşəsiniz, başa düşməsəniz də öz işinizdir.
Hərə öz ətrafına kömək etməlidir ki, bu da bizə bəsdir".