Qrandmart MMC koronavirusla əlaqədar işsiz qalan vətəndaşlara yardım məqsədi ilə yeni kampaniyaya başlayıb.
Qazilər.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında Qrandmart MMC mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım deyib. O bildirib ki, MMC-nin tərkibində fəaliyyət göstərən "Qrandmart" mağazası yardım kampaniyasına “Ehtiyacınız varsa, götürün, imkanınız varsa, əlavə edin” şüarı ilə start verib:“Hazırda yardım kampaniyası paytaxtın Nizami küçəsi 129 ünvanında yerləşən "Qrandmart" mağazasında başlayıb. Yardım çərçivəsində ilk əlavəni mağaza rəhbərliyi edib. Bu kampaniya yaxın günlərdə bütün "Qramdmart" mağazalarında tətbiq olunacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Qrandmart MMC tərkibindəki bütün marketlərdə - “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” - ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.