Hacı Əbdül vəfat edib

Hacı Əbdül vəfat edib backend

“Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül Əbdülov 80 yaşında vəfat edib.

Bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.

O, dünən gecə saatlarında ürək tutmasından ölüb.

Hacı Əbdül bu gün günorta saatlarında "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin.