Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.PUTİN BAKIDADIR

