Rusiyanın volyebol üzrə kişilərdən ibarət ikinci komandası I Avropa Oyunlarında medal qazanmaq gücündədir. QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ümumrusiya Voleybol Federasiyasının baş katibi Aleksandr Yaremenko deyib.
Onun sözlərinə görə, birinci yığmada zədəlilərin sayı çoxdur, buna görə də ikinci yığma komandaya kifayət qədər oyunçu cəlb etmək mümkün olmadı: "I Avropa Oyunlarında komandamızdan yaxşı nəticə gözləmək olar".