Nazirlər Kabinetindən koronavirusla bağlı AÇIQLAMA: Aprelin 20-dən sonra...

Nazirlər Kabinetindən koronavirusla bağlı AÇIQLAMA: Aprelin 20-dən sonra... backend

Bu gün Azərbaycanda maska qıtlığı var, amma bu problem yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.

Qazilər.az bildirir ki, bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycanda koronavirusa yoluxanların sayında həndəsi artım müşahidə edilir.

NK rəsmisi ümid edir ki, aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi yaranarsa, həmin müddətdən sonra məhdudiyyətlər azalar.