I Avropa Oyunlarının keçirilməsi sayəsində Azərbaycanı daha yaxşı tanıyacaqlar.QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə məşhur Sovet hokkeyçisi və məşqçisi Vladislav Tretyak bildirib.
V.Tretyak belə böyük miqyaslı tədbirin keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Artıq idman obyektləri ilə tanış olmuşam. Onların hamısı yüksək səviyyədə inşa edilib. Bu çox mühüm məqamdır, belə ki, məhz idman vasitəsilə insanlar Azərbaycanı daha yaxşı tanıya biləcək və ölkəyə daha çox turist gələcək”.
V. Tretyak I Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu dilə gətirib: “I Avropa Oyunları ən yüksək səviyyədə keçməlidir, başqa cür ola da bilməz. Bu tədbirə sərf olunan maddi, əqli və fiziki vəsaitləri, ən əsası isə bu işə qoyulan ürəkləri nəzərə alsaq, tədbir başqa cür keçə də bilməz”.
O həmçinin qeyd edib ki, inşa edilən idman obyektləri gələcəkdə digər böyük idman tədbirlərinin Azərbaycanda keçirilməsinə imkan yaradacaq: “Bu çox yaxşıdır, çünki idman insanları birləşdirən əsas amillərdən biridir. Əlbəttə ki, yeni idman ulduzları yaranacaq”.