"Lələtəpə əməliyyatı"nın müəllifi ilə bağlı maraqlı fakt - Döyüşlərin canlı şahididir

"Lələtəpə əməliyyatı"nın müəllifi ilə bağlı maraqlı fakt - Döyüşlərin canlı şahididir backend

Azərbaycan Televiziyasında (AzTV) sifarişi ilə çəkilən “Lələtəpə əməliyyatı” animasiya filminin yayımlanacağı tarix bəlli olub.

BakuPost.az xəbər verir ki, həm animasiya, həm də cizgi filmi olan “Lələtəpə əməliyyatı” Azərbaycanda yenilikdir. Film ilk dəfə aprelin 4-də 21:00-da AzTV-də yayımlanacaq.

AzTV-nin sifarişi ilə çəkilən “Lələtəpə əməliyyatı” animasiya filminin müəllifi Natiq Novruzov sözügedən əməliyyatın canlı şahididir. O, AzTV-nin “Çıxışa doğru” verilişində animasiya ilə bağlı danışarkən maraqlı məqamları açıqlayıb.

“Ermənilərin Xocalıda cəlladlıq edən hərbçiləri avtobusa doluşub gəlirdilər. Onu yeni silahımızla vurub məhv edirik. Bu, həm animasiyadır, həm də cizgi filmi. Azərbaycanda yenilikdir”, - deyə N.Novruzov qeyd edib.

Çıxışa doğru verilişində, həmçinin, aprel qazisi Səməndər Manafov, şəhid anası Aygün Məmmədli, yazıçı-publisist Yunis Oğuz olub.

Qeyd edək ki, “Lələtəpə əməliyyatı” animasiya filmi aprelin 4-də 21:00-da AzTV-də yayımlanacaq.