Bakıda film kimi hadisə - 130 manatlıq ərzağı aldı, pulunu ödəmədi

Bakıda film kimi hadisə - 130 manatlıq ərzağı aldı, pulunu ödəmədi backend

Bakının Nərimanov rayonunda yerləşən kafelərin birindən sifariş edilib, lakin pulu ödənilməyib.

Bu barədə kafe əməkdaşı Rauf İbadov BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.

Onun sözlərinə görə, karantin səbəbindən kafeləri evlərə sifarişlər çatdırır. Dünən də bir nəfər kafeyə 130 manatlıq qida və içki sifariş edib.

Rauf İbadov sifarişləri qəbul edib və onu qeyd edilən mənzilə aparıb.

“Ünvan həyət evlərindən biri göstərilib. Əraziyə çatanda sifariş verən adamın nömrəsini yığdım. Sifariş verən şəxs gəldi və ərzağı götürdü.

Dedi ki, qoy bunları evə qoyum, pulu gətirirəm. Həmin vaxt zəng gəldi və başqa şəxs sifariş edirdi. Onunla danışırdım. Heç ağlıma gəlməzdi ki, məni aldadacaq”, - deyə Rauf İbadov bildirib.

Sifariş verən şəxs 130 manatlıq malları götürüb və həyətə girib. Lakin yarım saat keçib və həmin şəxs geri qayıtmayıb.

“Məcbur olub həmin qapını döydüm. Tanımadığım şəxs açdı və sifarişi onlar vermədiyini dedi. Həyətin hasarında bir nərdivan qoyulmuşdu.

Dedi ki, ola bilər sizdən malı alan həmin adam nərdivandan çıxıb və qaçıb. Ev sahibi həmin şəxsi tanımadığını dedi”, - deyə Rauf İbadov əlavə edib.

Nəticədə malların pulu ödənilməyib. Rauf İbadovu aldadan şəxs müşahidə kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik.

Diaspora