Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.
Qeyd edək ki, Umayra Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.